neriman-hesenzade

3 mart 2016-cı il tarixində saat 12:00-da Paytaxtın Yasamal rayonunda yerləşən Bakı Dövlət Universitetində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, Azərbaycan Milli Aviasiya Akademiyasının “Humanitar fənlər” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, şair-dramuturq Nəriman Həsənzadənin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət, elm, təhsil işçilərinin, o cümlədən yubilyarın qələm yoldaşlarının də iştirakı nəzərdə tutulub. İştirak etmək istəyən hər kəs dəvətlidir.
Qeyd edək ki, bundan öncə fevral ayının 24-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Sevimli Xalq şairimiz Nəriman Həsənzadənin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdi.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti