Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Molla Nəsrəddin” jurnalının naşiri və redaktoru, yazıçı, dramaturq, publisist Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bakı şəhərində, “Kitab Klubu nəşriyyatı tərəfindən 600 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.
Kitaba müəllifin şeirləri, nəsr, dram əsərləri, tərcümələri daxil edilib.
Qeyd edək ki, bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə “Şərq-Qərb” nəşriyyatı tərəfindən “Seçilmiş əsərləri”nin iki cildliyi nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilmişdi.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti