13565368_573404466166301_26893166_n

gedirsən.. al apar bir qadın ahı..
birdə ki… içimdə boğulan qəhər…
kişilər özündən uydurub axı,
“qadındı… qadınlar dözə bilirlər…

sənin gözlərində susan qadına
sən ən çox… hüznü yaraşdırmısan…
bəlkə də demirsən… mən sənə yadam…
bəlkə də yuxunu qarışdırmısan…

mən elə divanə… mən elə solğun…
mən elə dərd-sər düşkünüyəm ki…
mən elə sən gedən yollardan yorğun…
mən elə yoxluqda üşüyənəm ki…

indi… de… mənmi dözən qadınam?..
ya sənmi bir eşqin məğrursan?! de…
igid, fırtınadan qaçan adama,
fırtına dinib də “əyilən” deyil…

bu ki eşqdi.,. səni məni dinləməz…
bizə istədiyini edər… “oturar…”
bəlkə də deyərsən “dəyməz ee… dəyməz…
bəlkə də “ən gözəl günahın” olar…,,