“Azərikimya” İstehsalat Birliyinin akt zalında Birliyin təşəbbüsü ilə gələcəyin kimya mütəxəs¬sislərinin təcrübi biliklərinin artırılması, onlarda kimya sənayesinin mürəkkəb isteh-sa¬latını idarə etmək vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən «Yay təcrübəsi proqramı» çərçivəsində Etilen-polietilen zavodunda istehsalat təcrübəsinə başlamış Azərbaycan Dövlət Neft və Sənaye Univer¬sitetinin, «Qafqaz» Universitetinin, Bakı Ali Neft Məktəbinin, Sumqayıt Dövlət Univer¬sitetinin və Moskva Dövlət Universitetinin Bakı filialının kimya və kimya mühədisliyi fakül¬tələrinin bir qrup tələbəsi ilə (ümumilikdə 25 nəfər) görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə açan “Azərikimya” İB-nin İcraçı direktorunun Kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xalıq Mustafayev qeyd etmişdir ki, neft-kimya sənayesi üçün kadrlar hazırlayan ali təhsil müəssisələri ilə sıx əlaqələrin qurulması, tələbələrin müəssisələrimizdə yay is¬teh¬salat təcrübəsi keçmələri üçün əl¬verişli şərait yaradılması bizim kadr hazırlığı proqramı üzrə nəzərdə tutduğumuz tədbir¬lərlərdəndir və bu son beş ildə artıq ənənə halını almışdır. Tələbələr iki iş həftəsi ərzində Birliyin Etilen-polietilen zavodunun Buxar-generator kompleksi, Suso¬yutma qurğusu, Azot-oksigen kompleksi, Etilen və Polietilen istehsalatında kimya sənayesi və seçdikləri ixtisasların tət¬biq olunduğu sahələr üzrə təcrübi biliklərini artıracaq, nəzəri biliklərini təcrübədə daha da zənginləşdirəcəklər.
Gəncləri salamlayan “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxışında gənclərin karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman öndə dayandığını və hər bir gəncin tələbəlik illərindən gələcək karyerası barədə düşünməli olduğunu vurğulamışdır. “Bunun üçün yaradılan şəraitdən səmərəli istifadə olunmalı, sabahın mühəndisi olmaq istəyən tələbə mövcud potensialını ortaya qoymağı bacarmalıdır. Biz İstehsalat Birliyi olaraq bu məsələyə ciddi yanaşır, gənclərə dəstək olmağı, onlara stimul verməyi gələcəyimizə zəmanət kimi dəyərləndiririk” – deyən Müşahidə Şurasının sədri gənclərə uğurlar arzulamışdır.
Qeyd edək ki, «Azərikimya» İB-də təcrübələrini başa vurduqdan sonra tələbələr Birlik pəhbərliyinin təşəbbüsü və dəstəyi ilə “Yay təcrübəsi proqramı” çərçivəsində avqustun 1-dən etibarən dörd iş həftəsi müddətində Türkiyənin İzmir şəhərində yerləşən və dünyanın ən nüfuzlu şirkətlərindən olan “Petkim Petrokimya Holding A.Ş”-də istehsalat təcrübələrini davam etdirəcəklər. Ötən il olduğu kimi bu il də təcrübələrin sonunda tələbələr tərəfindən verilmiş ən yaxşı səmərələşdirici təkliflər üzrə müsabiqə keçiriləcək və məqsədyönlü təkliflər mükafatlandırılacaqdır. Müsabiqədə məqsəd həm tələbələr arasından “Azərikimya” üçün gələcək əməkdaş seçimi aparmaq, həm də tələbələrə kimya sənayesini tanıtmaqla, onların bu sahəyə marağını artırmaqdır.
Tədbirin sonunda tələbələri maraqlandıran bir sıra suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.

Rafiq ODAY,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru