Sən Tanrının adısan.

Ulu Öndərə -Heydər Əliyevə

Hər an səni ana-ana,
Göy üzünə boylana-boylana
qana-qana,
yana-yana,
ha çalışdım,
Ha vuruşdum,
Səni olduğun kimi,
Göy oğlu tək doğulduğum kimi,
öyəmmədim..
Sən Tanrının adısan,
Torpağımın odusan deyəmmədim.
adı naməlum planet planet kimi
kəşf olunmamış möcüzəydin
yaxın düşmək olmurdu orbitinə
mat qalmışdım sənə.
cazibən kimi dəf etməndə.
Qəzəbin tək əfv etməndə,
İlahidi…
Hamısı Tanrı fövqündə,
Göydən gələn səsdə, ündə..
Sən tanrı fövqündə olan insan,
Öndər kimi, Odər kimi qalan insan.
Sən Göydə, mən Yerdə,
Düşmüşəm çarəsi olmayan dərdə.
Şüurum orbitin ətrafında,
Dolaşa-dolaşa,
Sənə olan məhəbbətim
ürəyimdə daşa-daşa
Döndüm orbitin önündə peykə,
Elə fırlana-fırlana
Çevrildim kütləsi olmayan Yükə.
Səni öyəmmədim.
Səni öymək üçün Yer dili köməyimə gəlmədi.
Yer dili səni səm tək,
Bir həqiqət, bir gerçək,
Bir düha tək,
Ər içində ər tək-vəsf eliyə bilmədi..
Üzümü tutdum Göyə,
Göy dili deyə-deyə kömək dilədim.
Göydən Yerə nur ələndi,
Adın nura bələndi.
Nura qərq olundu yolum, izim, özüm
Göydən bir ün eşitdim
“Vəla hövlə,vəla qüvvətə illa billahil,əliyil əzim”
Sən Tanrı fövqündə olan insan!
Sən yaddaşlarda-Ün,Ey, Od, Ər-
Uca Həqiqətin işığı=
HEYDƏR kimi qalan insan..

Tərəfindən yazılmışdır

Zəhra Həşimova

Zəhra Həşimova 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. 2018-2022-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin magistratura səviyyəsində təhsilin davam etdirir. 2023-cü ildən "Türkay" aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəridir.