XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş əsərləri” 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” nəşriyyatı tərəfindən 436 səhifə həcmində, 150 tirajla işıq üzü görüb.
Kitaba nasirin müxtəlif illərdə qələmə aldığı nəsr əsələri və üç dramı daxil edilmişdir.Kitabda eyni zamanda lüğət də var. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Ədəbiyyatsevərlərin və poeziya həvəskarlarının rəğbətini qazanacağına ümid edirik.
Qeyd edək ki, bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş əsərləri”nin I və II cildləri 2005-ci ildə “Lider Nəşriyyatı” tərəfindən kütləvi tirajla-25000 nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilmişdi.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü