İctimai maarifçilik hərəkatının ideoloqu, ədəbi tənqidimizin banisi, əlifba islahatçısı, Azərbaycan dramaturgiyasının, yeni tipli bədii nəsrin banisi, yazıçı Mirzə Fətəli Axundzadənin “Seçilmiş əsərləri” 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” nəşriyyatı tərəfindən 432 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.Kitaba müəllifin nəsr əsərləri, şeirləri, dramları, məqalələri daxil edilmişdir.
Qeyd edək ki, bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə yazıçı Mirzə Fətəli Axundzadənin “Seçilmiş əsərləri”nin üç cildliyi 2005-ci ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən kütləvi tirajla-25000 nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilmişdi.
Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü