Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist Kənan Aydınoğlunun “Anam” şeiri Osmanlı türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 46 yeni sayında dərc olunub.
“Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Kənan Aydınoğlunun şeiri “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.
Qeyd edək ki, bundan öncə şeirləri “Usare”,”Yeni Edebiyat Yaprağı”, “Kardelen”, “Hece Taşları” dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti