sxv

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

***

İtmiş bir məhəbbət adalarıydı,
Ömür xəritəmdə sənli cizgilər.
Ya da, yad əlindən dad-amanıydı…
Hardasa duyulmaz bir harayıydı,
Toydan bir gün sonra sınan güzgülər.

Nə yaman, nə yaman həsrətin varmış,
İzlər addım-addım hara getsəm mən.
Sənə gedən yollar nə yaman darmış…
Uzaqda olmağın demə yaşatmış,
Yoxsa mən küsərdim ömürdən, gündən.

Sən uzaq…Çox uzaq coğrafi bir kəşf,
Adasan, körfəzsən, dənizsən, nəsən?
Bəlkə savannalar, tropik meşə?
Bəlkə də zərif, incə bənövşə…
Ya bəlkə, quruca bir səhrasan sən?!

Bir gün açıq qapıları
Bağlayıb da güləcəyəm…
Və sonuncu yalanları
Qucaqlayıb sevəcəyəm…

Bir gün göylər də qapısın
Açıb məni səsləyəcək…
Mən şeytanın öz doğması-
Mələk məni pisləyəcək…

Girəcəyəm qucağına
Axtalanmış ümidimin…
Deyirlər, İrəm bağında
Şənliyi var gedişimin…

Həvva olanda nolur ki?!
Getdim, sevin, alma bağı…
Guya almasız nolub ki?!
“Gəncə mənim İrəm bağım”….