Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
* * *
Natəvan tək göz yaş tökən qəzəllərdən danışginən,
Vaqifimin gözəlləri, öz yarınla barışginən.
Sürmə çəkib gözlərinə siyah telli gözəllərim,
Öz hüsnünlə gül-çiçəyə sən də bu gün qarışginən.
Vüsal çağı yetişibdi, ayrılıqdan əlamət yox,
Bu gün, sabah qurulacaq büsata da alışginən.
Xoşbəxtliyin açarı də özündədir, gülüm, inan,
Sən də bu qərib dünyada bu inamla çalışginən.
Süleymandan qalan dünya bir kimsəyə qalmadı heç,
Bu həyatda inam tapıb, öz qorxunla yarışginən.
17 oktyabr 2016-cı il. Bakı şəhəri
* * *
Ömrü boyu hisslərimin hakimi olmaq istədim,
Dərdi-səri unutmadım, bulud tək dolmaq istədim.
Yar yolunu gözlədikcə günüm, ayım ilə döndü.
Nərgiz kimi, lalə kimi həsrətdən solmaq istədim.
Sevgi sarayı da qurdum, amma nə fayda gəlmədi,
Bu qərib dünyada hər gün saçımı yolmaq istədim.
Mövlanamın aşiqiyəm, Böyük Türkün övladıyam,
Ustadım YUNUS ƏMRƏni arayıb, bulmaq istədim.
Nə aldadım, bəndəliyim yenə də ALLAHA quldu,
Bu dünyada dostlarımın könlünü almaq istədim.
17 oktyabr 2016-cı il. Bakı şəhəri