Sumqayıt Dövlət Rəsm Qalereyasının qarşısındakı meydançada şəhərin yaranmasının 70 illik yubileyi münasibətilə hörgü festivalı keçirilib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən festival-sərgidə 100-ə yaxın şəhər sənətkarının toxuduğu müxtəlif geyimlər, çantalar, aksesuarlar və sair əl işləri nümayiş olunub.
Tədbirin sonunda festival iştirakçılarına fəxri fərmanlar təqdim olunub.
Mənbə: azertag.az