Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt bulvarının yay estradasında şəhər Bülbül adına uşaq incəsənət məktəbinin kollektivinin konsert proqramı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, konsertdə məktəbin şagirdlərdən ibarət xor kollektivinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri dinlənilib, “Ümid” rəqs ansamblının ifasında bir-birindən maraqlı rəqs nömrələri izlənilib.
Konsertdə müəllim və şagirdlərin ifa etdiyi xalq və bəstəkar mahnıları tamaşaçıların zövqünü oxşayıb. Tədbirdə, həmçinin məktəbin rəsm şöbəsinin şagirdlərinin əl işlərindən ibarət sərgisi nümayiş olunub.
Tədbir bulvarda dincələn sakinlər və şəhərin qonaqları tərəfindən maraqla qarşılanıb.