Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M,Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Ölkəmizi tanıyaq” layihəsinə dəstək olaraq “Vətənimizə virtual səyahət” layihəsi həyata keçirilməyə başladı. Layihədə Göyçay, Xızı, Ağcabədi, Ucar rayon MKS-ləri də fəal iştirak edirlər. 
İlk videoçarx Azərbaycanın dilbər güşələrindən biri olan Qubaya həsr olunub. Videoçarxda Quba rayonunun əhalisi, onun təbiəti (meşələr, şəlalələr, dağlar, çaylar), tarixi, inkişaf etmiş sənətkarlıq sahələri, mətbəxi haqqında məlumatlar əks olunmuşdur. Qubanın tanınmış şəxsiyyətləri, görkəmli dövlət xadimi və sərkərdə Fətəlixan, ilk dramaturq qadın Səkinəxanım Axundzadə, Azərbaycanın ilk rəssam qadın Reyhan Topçubaşova, Əməkdar artist Fatma Mehrəliyeva, Xalq artisti Afaq Bəşirqızının və b. fotoları verilmişdir. Videoçarxda Qubanın parklarının və müasir tikililərinin fotoları da var.
Videoçarx Əməkdar artist Səxavət Məmmədovun ifasında “Qubanın ağ alması” xalq mahnısı ilə müşayiət olunur.
Videoçarxa aşağıdakı linklərdə baxa bilərsiniz:
https://www.youtube.com/watch?v=JmVUXw5jP0w
 “Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan materialları “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında da izləmək mümkündür.