Bakı şəhər  Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!”  layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına mütəmadi olaraq dəstək olan yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı) bu dəfə hər bir övladın qəlbinə toxunan yazdığı “Ana ürəyi, dağ çiçəyi” əfsanəni virtual formada kitabxanaya təqdim etdi.

“Ana” əvəzolunmaz varlıqdır və ananın övladına olan sevgisi tükənməzdir, sonsuzdur. Bu təsvir olunmaz hissi qəlbində yaşayan şairə ana-övlad sevgisi mövzusunda yazdığı əfsanə ilə bir növ ananın övlad qəlbində olan dəyərini də vurğulamışdır. Yazıçı ana ürəyinin dağ zirvəsi kimi əzəmətli olduğunu bütün qəlbi və qələmi ilə əfsanədə qeyd edir.

Əfsanəyə “Ana ürəyi, dağ çiçəyi. Ana haqqı, Tanrı haqqı!” ifadələri ilə giriş verərək Hz. Məhəmməd Peyğəmbərin (ə.s.) analar haqqında dediyi kəlamı qeyd edir.

Əfsanədə Ağalı baba və Nazlı bala adlı qəhrəmanlar var. Nəvəsinə daim nəsihət verən Ağalı babanın sanki paylaşmadığı bir sirri var. Nəvəsi tərəfindən verilən “Baba, heyvanlar da balalarını çox sevir?” sualına cavab olaraq babanın danışdığı hekayə bu sirri açacaqmı? Bəs baba dağa baxarkən seyr etdiyi çiçəyi kimə bənzətdiyi haqqında danışacaqmı?

Qeyd edək ki, təqdim olunan əfsanə şeirlə bitir.

Əziz oxucular, “Ana ürəyi, dağ çiçəyi” adlı əfsanəni aşağıdakı keçidə daxil olaraq ətraflı şəkildə oxuya bilərsiniz.

http://yasamal.cls.az/front/files/libraries/81/documents/956223494.pdf