Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən həyata keçirilən “Kitabxana – koronavirusa YOX deyir!” layihəsinə M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxananın nəzdindəki Mirzə Şəfi məclisinin üzvü Eldar Allahverdiyev də qoşuldu.
Eldar Allahverdiyev 137 №-li tam orta məktəbin 5-ci sinif şagirdidir. Məclisin kiçikyaşlı üzvü virtual rejimdə faəliyyət göstərən kitabxanaya “Koronavirusun bizdən aldıqları” adlı yazısını təqdim etdi. O, koronavirus pandemiyasının həyatına təsiri ilə bağlı fikirlərini qələmə alıb.
Hal-hazırda evdə qalaraq əvvəlki həyat tərzi üçün darıxan Eldar Allahverdiyevin yazısı tam mətni aşağıda verilib.
Koronavirusun bizdən aldıqları
Mən, Allahverdiyev Eldar 5-ci sinif şagirdiyəm. Mart ayının 3-ü dərsdən çıxanda bizə bildirdilərki, sabahdan martın onunadək dərs olmayacaq. Sevincək halda müəllimdən səbəbini soruşduq. Müəllim bizə koronavirusla bağlı məktəbin dezinfeksiya olunacağını bildirdi. Koronavirus haqqında xəbərlərdə eşitmişdik. Bu virus Çində yaranmışdı. Çinlə bizim ölkə arasında məsafəni fikirləşəndə, bu virusun bizə gəlib çatması mümkünsüz olmağını fikirləşirdik. Biz heçdə əhəmiyyət vermədik, çünki yaxınlaşan təhlükənin fərqində belə deyildik. Evə gəldik və sevincli halda “bir həftə dərslərin olmadığını”, – dedik.
Valideynlərimiz heçdə sevinmədilər, onlar təhlükənin artıq ölkəmizədə gəldiyini hiss edirdilər. Bir neçə gündən sonra dərslərin mart ayının iyirmi doqquzuna qədər uzadılması barədə televiziyada elan verdilər. Yenə də sevinirdik, hətta bu tətilə “Koronavirus bayramı” deyirdik. Amma getdikcə evdə darıxmağa başladıq. Məktəbə getmək, sinif yoldaşlarımızla görüşmək istəyirdik.Səbirsizliklə martın iyirmi doqquzunu gözləyirdik.
Xəbər yayıldı ki, dərslər aprel ayının otuzuna qədər təxirə salınıb. Həəə… artıq vəziyyətin nə qədər təhlükəli olduğunu dərk etməyə başladım. Evdən çölə çıxmırıq, dostlarımızla oynaya bilmirik. Evdə dərslə məşğul olmağımıza baxmayaraq, yenədə nəqədər dərslərdə gerilədiyimi hiss edirəm. Fikirləşirəm:“Məktəbə gedə bilməmək, təhsil ala bilməmək nəqədər pis bir hiss imiş”.
Televizordan Suriyadakı uşaqların məktəbə getmək üçün üsyanlarını görəndə, deyirdim:“Məktəb üçündə belə üsyan olar?!” Sən demə biz əlimizdə olan imkanların qədrini bilmirdik. İndi anlayıram ki, təhsildən uzaq qalmaq, məktəbə gedə bilməmək heçdə yaxşı hal deyilmiş. Bəzəndə fikirləşirəm ki, Suriyada yaşayan insanlara olan haqsızlığa dünya ölkələri biganə qaldığına görə Allah təala bütün dünyanı cəzalandırır.
Koronavirus bizdən hal hazırda təhsilimizi, sərbəstliyimizi alıb. Amma çalışaq sağlamlığımızı almasın.Koronavirusun bizə öyrətdikləridə oldu məsələn: ehtiyatlı olmağı, təmizliyə riayət etməyi, yaxınlarımızı qorumağı.
Ümid edirəmki, tez bir zamanda bu qara buludlar dünyamızı tərk edəcək, al günəş üzümüzə güləcək. Yenidən gözəl günlərə geri dönəcəyik.Dərslərimizə qaldığımız yerdən davam edərək, biliklərimizi dahada dərinləşdirəcəyik.
Atalarımız yaxşı deyib: “Yaman günün ömrü az olar”.