Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Əyyub Qiyasın “Havay tətilləri” adlı romanı “Qanun” nəşriyyatında nəşrə hazırlanb. Bu barədə müəllif özünü facebook səhifəsində məlumat paylaşıb.

Kitabdakı hadisələr Azərbaycanda, Moskvada və Havay adalarının Hilo şəhərində cərəyan edir. Əsərdə keçmiş SSRİ lideri Leonid Brejnevin müəmmalı dəfninin sirləri və azərbaycanlı jurnalist Orxan Abbaszadə ilə amerikalı polis Nani Midlerin maraqlı sevgisi yer alır.

Roman detektiv-macəra janrında qələmə alınıb.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
və İctimaiyyətlə əlaqələr şöbəsi.