Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Yenə də Səssizlik qərib dünyada,
Halımı öyrənib, soruşan yoxdu.
Bir vaxt şeirləri əzbər deyərdin,
İndisə haqqımda danışan yoxdu.
Deyirlər həssaslıq bir fəlsəfədi,
Bürclərin içində Əqrəb bürcündə.
Məsləhət verməyə hazır olanlar,
Qaçıb gizləniblər bir ev küncündə.
Qəzetdə şeirim dərc olan günü,
Hərəsi bir tərif deyib, qalırdı.
İnciyib, küsdüyüm hər bir dost üçün,
Guya ki, oxşayıb, könlüm alırdı.
Gün keçdi, ay ötdü bir az böyüdü,
“Şənimə təriflər deyən dostlarım”.
Sonradan heç məni tanımadılar da,
Məclisin küncündə yeyən dostlarım.
Əl tutub köməklik edəndə axı,
Dayaq sayırdılar məni özünə.
İndisə əlimdə imkanım yoxdu,
Daha heç baxmırlar şair sözünə.
28 Oktyabr 2015-ci il.Bakı şəhəri