Azərbaycanın Xalq şairi Musa Yaqub vəfat edib.
Azərbaycan Yazıçılar Birliyindən bildirilib ki, Xalq şairi bu gün İsmayıllı rayonunda 84 yaşında dünyasını dəyişib.
M.Yaqub yaşadığı İsmayıllı rayonunun Buynuz kənd qəbiristanlığında həyat yoldaşının məzarının yanında torpağa tapşırılacaq.
Mənbə: http://edebiyyatqazeti.az/