“OZAN DÜNYASI” AŞIQ YARADICILIĞININ TƏBLİĞİ ictimai birliyi “VƏTƏN MÜHARİBƏSİ AŞIQLARIN YARADICILIĞINDA” adlı şeir müsabiqəsi elan edir.

Müsabiqədə bədii yaradıcılıqla məşğul olan aşıqlar Qarabağ müharibəsi mövzusunda yazdıqları şeirlərlə iştirak edə bilərlər. Respublikamızın tanınmış söz adamlarından ibarət münsiflər heyətinin layiq bildiyi şeirlər sonda bir toplu halında nəşr olunacaq, qaliblərə diplom veriləcək.

Müsabiqədə iştirak etmək istəyən aşıqlar şeirlərini kağızda yaxud da elektron şəkildə 2021-ci il oktyabrın 15-dək çatdıra bilərlər. email adres: ozandunyası58@mail.ru