Eynəyim gözə görədi,
çörəyim üzə görədi,
ocaqlar gennən tanınar-
tüstüsü közə görədi,
Küləyimin gur səsi var,
ürəyimin körpəsi var,
hər selin öz körpüsü var-
çırmanmaq dizə görədi,
Oynadıb kəpənəkləri
tökməyin üstünnən zəri,
gözəl çəmən çiçəkləri-
savaşlar sizə görədi!
El aşığı sözü bilər,
Göydən Baxan düzü bilər,
atıb-gedən özü bilər;
məhəbbət bizə görədi,
Ay ömrümün yağı,balı,
tapımaz məndən vəfalı,
yar evinin qalmaqalı
Vahiz ƏZİZə görədi…