“Mücrü” nəşriyyatının “Proza” seriyasından yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Gədəbəy Bürosunun Rəhbəri, şair-publisist, yazıçı Tural Sahabın “Şeytan” adlı romanı “Mücrü” Nəşriyyatı tərəfindən işıq üzü görüb.
Şaxtalı yaz günlərində dağ kəndlərindən birində körpə uşağın xüsusi qəddarlıqla ödürülməsi xəbəri bütün ölkəni silkələyir.
Şaxtalı yaz günlərində dağ kəndlərindən birində körpə uşağın xüsusi qəddarlıqla ödürülməsi xəbəri bütün ölkəni silkələyir. Təhlükəsizlik orqanları bu işi araşdırmağı xüsusi əməliyyatçıya – Qara Canavar ləqəbli Polkovnik Kürşad Cahangirliyə və onun qrupuna tapşırır. Müxtəlif əməliyyatları uğurla sonlandıran Polkovnik Cahangirlinin peşəkarlığına güvənən təhlükəsizlik orqanları Qara Canavara qatili tapmaq üçün cəmi yeddi gün vaxt verir. Bu yeddi gün ərzində ucqar dağ kəndində Xeyirlə Şərin savaşı, Mələklə Şeytanın mücadiləsi başlayır. Qara Canavarın rəqibi hiyləgər və peşəkar cinayətkar, ruhunu Şeytana satmış, şeytani əxlaqla böyümüş biridir. Ancaq ədalətin qələbisi qaçılmazdır. Bu roman insanın Şeytana çevrilməsi və Şeytanın gec-tez cəzalandırılması haqqında müəlllifin obyektiv təsbitləridir.
Tural Sahab. Şeytan. Roman. Mücrü Nəşriyyatı. 124 səh.
Müəllifin və “Mücrü” nəşriyyatının rəsmi razılığı olmadan kitabın, yaxud onun hər hansı bir hissəsinin təkrar çapı qadağandır.
Mənbə: https://mucrunesriyyati.az/