“Mücrü” nəşriyyatının “Proza” seriyasından Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, Əməkdar mədəniyyət işçisi, nasir, publisist, Azərbaycanlı yazıçı Mustafa Çəmənlinin “Xallı gürzə” adlı romanı işıq üzü görüb
Pənah xan Azərbaycan tarixində parlaq iz qoymuş şəxsiyyətdir. O, XVIII əsrin əvvəllərində Nadir şahın sarayından qaçaraq bir müddət Qəbələ, Şəki, Qarabağ dağlarında daldalanmış, az sonra Qarabağ xanlığını yaratmış, öz hakimiyyəti dövründə Bayat, Şahbulaq, Pənahabad (Şuşa) şəhər-qalalarının əsasını qoymuşdur.
Tarixi qaynaqları bədii təxəyyülünə söykək seçən müəllif görkəmli sərkərdə, müdrik dövlət xadimi Pənah xanın Zəmanəyə diz çökməyən obrazını yaratmışdır. Xalqın dövranı qara gələndə Zaman onun böyük oğullarını xallı gürzə timsalında udub məhv edir. Roman bu qayə ilə – zaman və şəxsiyyətin faciəsi fonunda oxucunun qan yaddaşını oyadır, onu daxili düşüncəyə və yaşanmaya sövq edir.
Mustafa Çəmənli. Xallı gürzə (Tarixi roman) / Bakı, “Mücrü” nəşriyyatı, 420 səh.
“Mücrü” nəşriyyatının rəsmi razılığı olmadan kitabın, yaxud onun hər hansı bir hissəsinin təkrar çapı qadağandır.
Mənbə: https://mucrunesriyyati.az