Azərbaycan Yazıçılar Birliyi Rəhbərliyinin 25 aprel 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Kənan AYDINOĞLU Prezident təqaüdünə layiq görülüb.

Qeyd edək ki, gənc yazarlar üçün verilən birillik Prezident təqaüdü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 avqust 2007-ci il tarixli “Yaşlı və gənc nəsil yazıçı, rəssam, bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında” Azərbaycan Respublikasının Fərmanına əsasən gənc nəslin nümayəndələrindən 20 (iyirmi) müəllifə verilir. 

“Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 mart 2007-ci il tarixli 2023 nömrəli qərarının icrasını təmin etmək məqsədilə qərara alınıb.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi