YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Rəngkarlığı Muzeyində böyüklər üçün nəzərdə tutulan “Özünü kəşf et” proqramı çərçivəsində ustad dərsləri davam edir.
AZƏRTAC xəbər verir ki, proqram çərçivəsində buaykı ustad dərsləri maraqlı mövzularla zəngindir. Belə ki, iyulun 6-13-də Lətafət Məmmədovanın rəhbərliyi ilə “Kətan üzərində boyalar”, 20-də Vüsalə Ağarazıyevanın rəhbərliyi ilə “Ucadan yol”, 27-də Gülarə İsrafilovanın rəhbərliyi ilə “Ailə portreti” adlı ustad dərsləri təşkil olunacaq.
Qeyd edək ki, ustad dərsində iştirakçılar cari sərgidəki hər hansı bir əsərin fraqmentini özləri üçün seçərək kətan üzərində təsvir edəcəklər. Bununla da hər iştirakçı əsərə bəzi fərqli xüsusiyyətlər gətirəcək. Sonra alınan bütün fraqmentlər ümumi əsər kimi birləşdiriləcək; İştirakçılar, həmçinin akvarel kağızı üzərində akril boya ilə öz ailə portretini də təsvir edəcəklər.
Xatırladaq ki, qeydiyyat çərşənbə axşamından cümə gününə kimi, saat 11:00-dan 18:30-dək aparılır.
Ustad dərslərində iştirak ödənişsizdir.
Mənbə: https://azertag.az