Şair Qafqaz Əvəzoğlu Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Bölməsinin sədri seçilib

Qafqaz Əvəzoğlu

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri, şair-publisist Qafqaz Əvəzoğlu Dəmirov Azərbaycan jurnalistlər birliyinin Şərqi Zəngəzur Regional Bölməsinin (mərkəzi Qubadlı rayonu olmaqla, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl) sədri seçilib.

Növbəti təqdimatı 21 iyul 2022-ci il tarixində saat 15:00-da Qubadlı rayon Təhsil şöbəsinin akt zalında keçiriləcək.

Hörmətli şairimiz Qafqaz Əvəzoğlunu təbrik edirik, işlərində uğurlar arzulayırıq !