Emiliya Polad qızı Bayramova – 1998-ci il dekabr ayının 13-də Bakı şəhərində anadan olub. 2016-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb. 2016-2017-ci illərdə “ASAN xidmət” – də könüllü olub. 2017-2020-ci illərdə “AVO MUN” 2017, “Könüllülər Parlamenti-Azərbaycan”, “Hərbiyyə” 2018, “TÜRKSOY-un l Beynəlxalq Simulyasiyası”, “Woman Participation Program (WPP), “Hərbiyyə” 2019 kimi layihələrin və Pandemiya dövründə sosial layihələrin koordinatoru olub. 2017-2018-ci illərdə “ASAN Könüllüləri” Təşkilatında Beynəlxalq Əlaqələr Departamentinin Təşkilatlarla iş şöbəsinin müdiri olub. 2018-ci ildən Gənclər Fondu tərəfindən elan edilən Avropada təcrübə proqramının qalibidir. 2018-ci ildə “ASAN Könüllüləri” Təşkilatında Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri olub. 2020-2021-ci illərdə “Xəzəri qoruyaq”, “Fövqəladə hallarda uşaq müdafiəsi”, “Bir sifariş, bir sevinc”, “Təmiz Sumqayıt”, “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi”, “Çövkən oyunu”, Gənclər Simpoziumu, “Dəmir Yumruq” intellektual liqası, “Sən elə bir Zirvəsən”, lll “Neftçili Yay”, ASAN Könüllülərinin lV Yay Məktəbi, Nizami Gəncəvi ilinə həsr olunmuş “ASAN Teatr Festivalı”, “YAŞAT” düşərgəsi, “FotoMən 3”, “Xəzəri qoruyaq”, “ASAN Könüllülərinin Diplomatiya Günləri, “AVO MUN” 2021 kimi layihələrin təşkilat komitəsinin sədri olub. 2019-cu ildə UEFA Avropa Liqasının final oyununda Tamaşaçı Xidmətləri və Təcrübə şöbəsində Supervayzer olmuşdur. 2020-ci ildə “Mətbuat Səngəri” platformasının təsisçisi olub. 2020-ci ildən Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi seçilib.
Mənbə: https://mys.gov.az