Lalə Əhməd qızı Axundova – 1993-il avqust ayının 23-də Bakı şəhərində anadan olub. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetində biologiya fakültəsi bakalavr pilləsi, 2015-2017-ci illərdə Hollandiyanın Wageningen Universitetinin “Molekulyar biologiya” fakültəsində magistr təhsili üzrə təhsil alıb. 2018-ci ildə AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Molekulyar biologiya” üzrə doktorantura pilləsinə qəbul olunub. AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Populyasiya genomiksi laboratoriyasında kiçik elmi işçi adına layiq görülüb. AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 5 illiyi münasibətilə 30 yaşa kimi gənc alim və mütəxəssislər arasında keçirilən müsabiqədə birinci yer tutub. Elmi jurnallarda 4 məqaləsi və konfrans toplularında 2 tezisi nəşr edilib.
Mənbə: https://mys.gov.az