Səyyarə Müşfiq qızı Gülaliyeva – 1998-ci il iyun ayının 23-də Beyləqan rayonunda anadan olub. 2015-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə bakalavr təhsili alıb. 2020-ci ildən Sapienza Roma Universitetində beynəlxalq inkişaf və kooperasiya elmləri ixtisası üzrə magistr təhsili alır. 2017-ci ildən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən təşkil olunan müxtəlif təlim, seminar və layihələrdə iştirak edərək diplom və sertifikatlarla təltif olunub. 2018-ci ildə Rumıniya Respublikasında keçirilmiş beynəlxalq ERASMUS+ layihəsində iştirak edib. 2018-ci ildən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyində könüllülük fəaliyyətinə başlayıb, müxtəlif inkişaf və təcrübə proqramlarında, təlim və seminarlarda, regionlarda həyata keçirilən sosial və tibbi aksiyalarda, layihələrdə fəal iştirak edib. 2019-cu ildə Rusiya Federasiyasının Soçi şəhərində keçirilmiş Dünya Könüllülük Forumunda iştirak edib. 2019-cu ilin sentyabr ayından etibarən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyində mütəxəssis vəzifəsində işləyir.
Mənbə: https://mys.gov.az
Mənbə: https://mys.gov.az