Azər Ruslan oğlu Əliyev – 1993-cü il sentyabrın ayının 11-də Gəncə şəhərində anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr, hazırda isə layihələrin idarəedilməsi ixtisası üzrə magistr təhsili alır. 2012-2014-cü illərdə AIESEC Azərbaycan gənclər təşkilatında beynəlxalq mübadilə proqramının rəhbəri olub. 2014-cü ildə CELT Təhsil Mərkəzində “Xaricdə Təhsil üzrə koordinator”, 2017-ci ildə isə Gəncə şəhərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyində Könüllülər üzrə koordinator vəzifəsində çalışıb. 2018-2019-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında Proqram koordinatoru, daha sonra isə Yerli layihələr üzrə katib, 2019-cu ildə Baş katib, 2020-ci ildən isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir. 2021-ci ilin avqust ayından Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədridir.

Mənbə: https://mys.gov.az