Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsinin növbəti qonağı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq artisti Mələkxanım Əyyubova olacaq.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, görüş noyabrın 1-də Zirə Mədəniyyət Mərkəzində (Eko Park) təşkil olunacaq.