Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi (AYB) Gənclər Şurasının üzvü və katibi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mətbuat katibi, “Kardeş kalemler” dərgisinin Azərbaycan təmsilçisi, gənc xanım yazar Şahanə Müşfiqin “Qutsal yolçu” adlı yeni kitabı işıq üzü görüb .

Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyevadır.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
və İctimaiyyətlə əlaqələr şöbəsi.