Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Xətrimə dəymisən, indi gen gəzib,
Halımı özgədən soraqlayırsan…
Yoxluğum görürəm çox təsir edib,
Yuxunda adımı sayaqlayırsan…
Bəlkə də, həsrətin nə olduğunu
Mənsiz gecələrdə anlayacaqsan.
İçində sevginin bu boşluğunu
Hiss edib, kövrəlib ağlayacaqsan.
Daha getməzdən də məncə sən mənsiz,
Birgə xatirəmiz olan yerlərə
Xəyallar qurarsan sən yerli-yersiz
Bir cavab tapmazsan o “BƏLKƏ”lərə…
KAŞ BELƏ OLAYDI, YA DA Kİ, BELƏ…
Deyib düşünərsən dəlitək özün,
Gözünün yaşını bir əlin silər,
O biri əlində qalar bir gözün…