Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Düz otuz üç ildi, az deyil, vətən.
Axır gözlərindən azadlıq yaşı.
Səni ürəyimin içinə çəkdim
Bitdi gözlərimdə şəhidlik daşın.
Hər şəhid daşında dil açdı haqqın,
Ədalət ummadın heç bir kimsədən.
Sənin vətən andın, vətən harayın,
Tırtıllar altında əzildi nədən..
Sərdin azadlığı qolların üstə,
Qərənfil rəng aldı şəhid qanından.
Baxdı gözlərini yumub sevənlər,
Utandı sevgili çiçək adından.
Bu qan illərimin donmuş qanıydı,
İsindi azadlıq nəfəsində o.
Şəhid köynəyini geyib əyninə,
Hayqırdı vətənin haqq səsində o.
2023.01.20