Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsi Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi ilə  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş  iki nominasiya üzrə müsabiqə elan edir:

                                      I NOMİNASİYA:

    Yerli və bölgədə yaşayan yazarların Ulu Öndərin şəxsiyyətini və siyasi fəaliyyətini əks etdirən ən yaxşı şeirləri

  1. I, II, və III yerlər (hər biri üçün bir şeir olmaqla)
  2. Fərqləndirici yerlər: 3

                         II NOMİNASİYA:

  Ulu Öndər haqqında görkəmli Azərbaycan şairləri tərəfindən yazılan şeirlərin ən yaxşı qiraətçiləri. (Müsabiqədə şəhərdəki məktəblərdə təhsil alan tələbə və məktəblilərin iştirakı nəzərdə tutulur)

  1. İ, II və III yerlər
  2. Fərqləndirici yerlər: 3

QEYD: II nominasia üzrə keçirilən müsabiqənin ilk turu tədris müəssisələrinin özündə, son seçim turu isə AYB Mingəçevir bölməsinində, müsabiqə komissiyası üzvlərinin yekun rəyləri əsasında aparılır.

 Hər iki nominasiya üzrə müəyyən edilmiş qaliblər və fərqləndirici yerlərin sahibləri mükafatlandırılır.

    Müsabiqə: 25 yanvar-05 aprel 2023-cü il ərzində keçirilir. Aprel ayının üçüncü həftəsində Ulu Öndərə həsr olunmuş Poeziya Gecəsi keçirilir. Qaliblər elan olunmaqla, onlara mükafatlar təqdim edilir.                     

Mənbə: https://ayb.az