Xatırladaq ki, “Ədibin Evi” tərəfindən elan edilən digər müsabiqə – Mir Cəlal adına III hekayə müsabiqəsi hələ də davam edir. Həcmi 1500 (min beş yüz) sözdən çox olmamaq şərti ilə Azərbaycan dilində yazılan hekayələr elektron şəkildə
edibinevi@gmail.com
ünvanına 2023-cü il 1 fevral tarixinədək göndərilməlidir. Hekayələrin mövzusu ilə bağlı məhdudiyyət yoxdur. Müsabiqəyə qədər çap olunmuş hekayələr qəbul edilmir.
Birinci yerin qalibinə 3000,
ikinci yerin qalibinə (iki mükafat) 2000,
üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat
pul mükafatı təqdim ediləcək.