Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində qeydiyyatda olan 678 tarixi abidə zərər görüb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Kahramanmaraşda zəlzələ nəticəsində zərər görən tarixi əsərlər arasında böyük məscidlərin də olduğu bildirilir.
Malatyada 7,7 və 7,6 bal gücündə baş verən zəlzələlər tikililərin bünövrəsinə böyük ziyan vurub.
Vakıflar Genel Müdirliyi tərəfindən artıq zəlzələdən zərər çəkən muzeylərin bərpasına start verib.
Mənbə: https://azertag.az/