“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri bu gün sizlərlə şair Nemət Tahir görüşür.
Çəkilməyən, dözülməyən,
Dediyiniz, o dərd mənəm.
Qova-qova namərd edib,
Söydüyünüz o mərd mənəm.
Özümə də bir az yadam.
Bir az suyam, bir az odam.
Həm küləyəm, həm torpağam.
Bildiyiniz, o dörd mənəm.
Dostu yoxdur, düşməni çox,
Qarnı acdır, gözləri tox,
Kölgəsinə güvəni yox,
Yalquzağam, bozqurd mənəm.
Qan qoxuyur çiçəkləri,
Kəfənsizdir şəhidləri,
Kimsəsiz “ruhlar şəhəri”,
-Gördüyünüz o yurd mənəm.
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)