“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Yordun məni alqışlarla:
“Baxtın açsın yollarını”…
Ovcumdakı qırışlarla
Ölçmə ömür yollarımı..
Ölçmə, qaraçı qızı…
Sən dedin… könlüm utandı…
“Kimi sevirsən, bilirəm”…
Qürurumla arzuladım
Sevilmədiyimi bilmə….
Bilmə, qaraçı qızı…
Sevdiyim ruh əhvalıdı…
Canı-qanı… mənim deyil…
Bu axşam qanım qaradı…
Bu axşam da mənim deyil…
Görmə, qaraçı qızı…