Bülbülün düşmüş gülə meyli, olub dan oxuyur,
Könlünü yox ovudan, gözləri giryan oxuyur.
Aşiqin görməz gözü yar yolunda hər möhnəti,
Bağrını dəlmiş tikan, bax sinəsi qan oxuyur.
Ülfətin ki adını eşq qoyalar böylə olar,
Ürəyim parçalanır, naleyi əfqan oxuyur.
Ox qoyub kaman qaşa, bu canımın qəstinədir,
Qəsrimin sultanı mən, özgəsi fərman oxuyur.
Danışdı ol dili-qəm, bal axdı ləbdən dəmü-dəm,
Sandım ki, bəxtim gülüb, cənnətdə rizvan oxuyur.
Əsməra, götür gedək sirli qismət kitabını,
Qafilə heç nə demə, “eşq” əhli quran oxuyur.