“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

Gecələr xeyrə yozulmaz…
Mənsiz hər axşamın xeyir…
Qanadların qarsalanmaz…
Xatirələr şamın deyil…

Susub gedər tək gedənlər…
Dilində bir ad möhürlər…
-sənsiz ölmədim?!-deyənlər
“Mən”i çoxdan öldürüblər…

Qadınlar getməyi bilmir…
Ilk döngədə heykəllənir…
Hər gedən qadın əlini
Arxaya uzadıb gedir…

(2015)