
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri.
Nəfsinə qul olan paraya möhtac,
Paraya əl açan xoşbəxtə qənim.
Seçimin bəyazı qaraya əlac,
Qaranın ayazı bədbəxtə qənim.
“Payız xatirəsi” yaz sorağında,
Gümanın gözündə söz qəm qoxuyur.
Ürəyi çəkilən qəm ayağında
Ürəyə çəkilən sitəmi oyur.
Həvəsmiş hərislik dünya malına,
Çirkaba batarmış sağlam duyğular.
Nəfsi kölə olan gönüqalına
Şeytan xislətindən halal sorğular…
Xəta cücərdikcə doğma içində.
Yalan gözəlləşir doğru biçimdə.
Azərbaycan. Quba.
14.10.2023.