
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi
VƏTƏN OĞLU
Şəhid Cəbrayıl Dövlətzadəyə ithafən…
Azərbaycan fəxr eyləyir adınla:
Dövlətzadə Cabrayıl Dövlət oğlu.
Həyatının erkən, ən gənc çağında
Şəhid oldun, qəhrəman vətən oğlu.
– Generalın qisasını alacam,
Mübariztək yaddaşlarda qalacam.
Düşmənləri vəlvələyə salacam –
Gerçək oldu, qəhrəman vətən oğlu.
Qələmlə yox, tarix yazdın qanınla,
Dastan oldun dillərə ad-sanınla.
Tanınırsan şöhrətinlə-şanınla –
Qürurumsan, elimin şəhid oğlu:
Dövlətzadə Cabrayıl Dövlət oğlu.
SAĞSAN, ŞƏHİDİM
Şəhid Yaşar Babayevə ithafən…
Bir atanın, bir ananın qəlbini
Ağlar qoyub nakam olan şəhidim –
Qorxmadın müharibədən, ölümdən,
Öz qanıyla tarix yazan şəhidim.
Nələr arzuladın, nələr dilədin,
Tanrıdan bir övlad payı istədin.
Narın adlı qızın oldu, görmədin,
Ömrü yarı yolda qalan şəhidim.
Sənin yoxluğuna dözməyir dostlar,
Yaşar bizimlədi! – söyləyir onlar.
Həyat amansızdı, ayrıldı yollar –
Hər kəsin qəlbində varsan, şəhidim,
Şəhidlər ölməz ki, sağsan, şəhidim!