
Eldə ara-sıra hallanır adım;
Yazdığım nəğmələr
qanadlarımdı,
Atamnan bir xeyıi artıq yaşadım-
Bilmirəm- “cəzamı, mükafatmıdı?”
Dayağım- qürurum, qüdrətim- unam,
Güclə saxlamadım çıxıb gedəni,
Halal etməsəydi südünü Anan
El- oba bu qədər sevməzdi məni,
Qəlbimi göynətdi biçilən çəmən,
Bitənlə dirçəldim, ölənlə soldum,
Hər vaxt yaxşılıqlar düşündüyümnən
Xəbis qəlblilərin düşməni oldum…