Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NEFTÇALA BÜROSUNUN RƏHBƏRİ.

* * *

Nə faydası, əfvi nəfdi,nəfi səhvdi,səhvi məhv,
Bu dünyanı ha beş əllə tut,qucaqla sən indi.
Səndən elə bu dünyaya bir məzarlıq yer qalar,
O da əgər gələn olsa, bilinəcək sənindi.

Elə yaşa bir üz qoy ki, sabaha üz qoymağa.
Zaman keçir, vaxt bəxtindən gəlir nəsə oymağa.
Əcəl quşu sabah üçün dənləməyə,doymağa
Həyat əkir saçlarının arasına dən indi.

Torpaq idin,torpağa da dönəcəksən nə yazıq,
Qış dünyada nə payızıq,nə bir yayıq,nə yazıq.
Alnımızda yazıya bax,yazan yazıb,nə yazıb?
İlk hərfini başa düşsən, uğur,Elnur,sənindi!

* * *

İndi od olmayan yerdə,
Bir qara tüstülər qalxır,
Ömrün şüsəbəndi deyil,
Ruhun divarları salxır.

Adam qılıqlı adamlar,
Şeytana rəhmət oxudur.
İnsan oğlu niya axı,
İnsana lənət oxudur?

İndi əslindən məhrumdu,
Süniləşib intellekt də.
Düşüncələr robotlaşıb,
Başlar itib internetdə.

Söz düşübdü dəyərindən,
Üz görəsi təriflər var.
İqlimdən danışan bilmir,
Cəhətlər var,tərəflər var.