
Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü,
Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.
Bilmirəm harda, nə vaxtsa,
Ən yaxınım ,doğmam kimi,
Anam kimi , atam kimi ,
Məni qucaqladın Allah
Bilmirəm harda,nə vaxtsa,
Bu yerlərdən uzaqlarda,
Qəm qoxulu son baharda
Mənimlə ağladın Allah
Bilmirəm harda ,nə vaxtsa,
Gecə gündüz olan yerdə,
Ürəyim qan olan yerdə,
Ruhumu yoxladın Allah
Bilmirəm harda ,nə vaxtsa,
Bir uçuq evin başında ,
Bir közsüz ocaq başında ,
Mənlə qonaqladın Allah
Bilmirəm harda, nə vaxtsa,
Qəfildən göylərdən baxdın,
De kimin üzünə baxdın?
məni sağ saxladın Allah