
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.
Allahın adına danışmaq olmaz,
Hər səhvi əfv edib barışmaq olmaz,
Özgə xeyir şərlə yarışmaq olmaz,
Bir özgənin xeyri sənə şər olar..
Şər dediyin xeyirə vəsilə olar..
Oxumaq olmayır alın yazını,
Payızdan ayırmır çoxu yazını,
İtirir meyl edən çoxa, azını,
Nə azdır, nə çoxdur – ayırmaq olmur..
Qəflətdən vaxtında ayılmaq olmur..
Dərd – erkən öyrəndim nəyə deyirlər,
Dərd odur – qəddini əyər deyirlər,
Yerdə göy başına dəyər deyirlər,
Ölüm tək dərd imiş, ona çara yox..
Qaysaq bağlamayır o cür yara, yox..