Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QAZAX Bürosunun Rəhbəri

Xalq şairi olmaq üçün möhürə, sənədə ehtiyac yoxdur. Bəzi imzalar xalqın sevgisini qazana bilir, xalqın olur, xalqdan olur.. Cığatel İsaqızı kimi..
Şeir məsələsinə gəlincə isə, şeir yazıldığı o bir neçə dəqiqədə müəllifin olur..Sonra müəllifdən çıxır, hamının, hərkəsin nəsnəsinə çevrilir..
Təşəkkür edirəm, şairim, bu içdən, kövrək, səmimi və gözəl qiraətiniz üçün..Minnətdaram, bu sadəliyiniz üçün!

Bir küçədə qaraçı qadın oğrasın məni.
El yığışıb önünə qoyub ağlasın məni.
Bir də bu yer üzünə kimsə doğmasın məni
Məni özün sev, yarat və köynəyindən keçirt..

Qarışmaz ki, savabım bircə yol xatamgilə,
Qoşulub qaçmağım var sevdiyim adamgilə.
Biri xəbər yollasın bu gecə atamgilə,
Anamın dizlərinə ta döyməyindən keçib.

Bu nakam məhəbbətə buluda dön gözün sıx,
Söndür bu cəhənnəmi, odu üfür, közün sıx.
Ürəyim yaralıdı son gülləni özün sıx –
Nəfəsini bağrımın düz göynəyindən keçirt..

Tut ağacı tək sınır, qol-budağım neçədi..
Xırçhaxırç səslər gəlir qırıqlarım, necədi?..
Günün aydın , sevdiyim, məndə hər an gecədi
Yaşamağım getdi eh -eh , ölməyimdən keçib..