Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Heydər Əliyev İli” çərçivəsində həyata keçirdiyi “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən, dünyanın siyasət aləmində böyük siyasi məktəb kimi qəbul edilən, dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, Ümummilli Liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə həyata keçirilir.

Gənclər Kitabxanasında “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi çərçivəsində Ulu Öndərə həsr edilən elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, 30-a yaxın bölmədən ibarət olan məlumat bazasında “Rəsmi sənədlər”, “Heydər Əliyevin şah əsəri”, “Heydər Əliyev surəti bədii ədəbiyyat və incəsənətdə”, “Xatirəsinin əbədiləşdirilməsi”, “İzomateriallar”, “filmoqrafiya”, “Virtual sərgi”, “Fotoqalereya” və “Videoqalereya” kimi bölmələr yer alıb. Məlumat bazasında dahi şəxsiyyət, müasir Azərbaycanın memarı Heydər Əliyevin həyatı, ictimai fəaliyyətinin əsas tarixləri, müdrik kəlamları, dünyanın tanınmış dövlət xadimlərinin Ulu Öndər haqqında söylədikləri dəyərli fikirlər, xatirələr də təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazada Ulu Öndərin Azərbaycan, rus, ingilis və digər xarici dillərdə nəşr olunmuş kitabları, məqalələri, çıxışları, dissertasiya və avtoreferatlar da əks olunur. Elektron məlumat bazasında kitabxana əməkdaşları tərəfindən Gənclər Kitabxanasında “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi çərçivəsində hazırlanan multimediya məhsullarından nümunələr də təqdim edilir.

“Ümummilli Lider Heydər Əliyev” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında  https://ryl.az/melumat-bazalari/Ulu_Onder_Heyder_Eliyev_el_melumat_bazasi/index.html yerləşdirilib.

Mənbə: https://azertag.az/