Həyat ŞƏMİ (Şamıyeva Həyat Rəhman qızı) Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub.Gecəgözlü kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra Baki Dövlət Universiteti Tarix fakultəsinin şərqşünaslıq bölməsinə daxil olub. 1995-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirib. Ilk şeirini 9 yaşında yazıb. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin gənc yazarlara verdiyi fərdi təqaüdə layiq görülüb.2001-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvüdür. 2003-cü ildə “Adamlar” adlı kitabı çapdan çıxıb. Eyni ildə Türkiyənin Sivas şəhərində düzənlənən TÜRKSOY 4. Şairlər Buluşmasında Azərbaycanı təmsil edib.2005-ci ildə YYSQ-nin (Yeni Yazarlar və Sənətçilər Qurumu) Milli Kulturoloji mükafatını qazanıb. 2009-cu ildə Türkiyədə Özlem yayınevində “Yazılmayan Şiirler” adlı kitabı işıq üzü görüb. Eyni ildə Azərbaycanda “Gecə gözlü həyat” adlı kitabı çapdan çıxıb. AMEA-nın (Azərbaycan Milli Elmlər Akademiyası) Tarix İnstitutunda elmi işçi olaraq çalışır. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasında baş məsləhətçi vəzifəsində işləyir. Türk Dünyası Genç İletişimçiler Birliyinin genel sekreteridir.
1. Həyat xanım, ədəbi-bədii yaradıcılığa neçənci ildə hansı yazı ilə başlamısınız?
___ Yaradıcılığa 1998-ci ildə başlamışam deyə bilərəm. Çünki, ilk mətbuata çıxan şeirim o zaman üçün papulyar olan “Hər gün” qəzetində dərc olunmuş və bəyənilmişdi. Sonra həmin il, hər həftənin cümə günü “Ədəbiyyat qəzeti” redaksiyasında keçirilən “Gənclər günü” məclisinə getməyi tövsiyə etdilər mənə, getdim və orda ədəbi nümunələrimi oxudum. Baş redaktor Ayaz Vəfalı növbəti həftə qəzetində bir səhifəlik şeirlərimi dərc etmişdi. Çox sevinmişdim və özgüvənim artmışdı.
2. Dövri mətbuat səhifələrində dərc olunan ilk mətbu əsəriniz hansıdır?
___ “Tapdım səni”, “Kilidinə ürəyimin”…
3. İlk kitabınız neçənci ildə harada dərc olunub və necə adlanır?
___ “Adamlar” adlanır və 2003-cü ildə “Qanun” nəşriyyatında çap olunub. O kitabımı S.Rüstəmxanlı çap etdirmişdi, yeri gəlmişkən, bir daha dərin təşəkkürümü bildirirəm. Mənim AYB-nə üzvlüyümdə də S.Rüstəmxanlı zəmanət verən 3 böyük şairdən biri idi.
4.Neçənci ildən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunda elmi işçı olaraq çalışırsınız?
___ 1998-ci ildən AMEA Tarix İnstitutunda çalışıram.
5.2012-ci il sentyabr ayının 22-də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində Salyan və Cəlilabad Səfərləriniz iştirakçısınız.Həmin səfər çərçivəsində DGTYB-nin heyət üzvü kimi şeirlərinizi də səsləndirdiniz.Səfər haqqında təəssüratlarınız?
___ Söylədiyiniz layihə çərçivəsində biz Quba, Salyan və Cəlilabadda olduq. Bölgə yazarları ilə görüşdük. Ölkə xaricində dəfələrlə simpozium ve konfranslarda, şeir şölənlərində olmuşdum. Amma Azərbaycanın bölgələrində ilk dəfə idi ki şeir tədbirinə gedirdim. Bu səbəbdəndirmi, ya nədənsə o səfərlərin təəsüratı bir başqa idi. Daha isti bir doğmalıq hiss edirdim.
6.Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü seçildikdən sonra ədəbi-bədii yaradıcılığınızda hansı yeniliklər ?
___ Yaradıcılıq, yaradıcı olmaq özəl bir xüsusiyyətdir. DGTYB türk dünyasının yaradıcı gənclərini tanımaq imkanı verdi. O ki qaldı Məclis üzvlüyünə …
7.Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Ulduz” jurnalında bu günə qədər müxtəlif yazarların ədəbi-bədii nümunələrinin dərc olunmasına köməklik etdiniz.Həmin yazarların ədəbi-bədii nümunələri, poeziya örnəkləri sizi qane edirmi?
___ Əsas odur ki, əl tutduğum insanların ürəyini sevindirmişəm.
8.Çağdaş Azərbaycan ədəbiyyatında yazıları ilə çıxış edən gənc xanım yazarlara məsləhətiniz nə olacaq?
___ Hər kəs özünü yazır, öz düşüncəsini, öz dərkini, öz fantaziyasını, öz təfəkkürünü qoyur ortaya. Xanım yazarlara xanımlığınızı qoruyub saxlayın deyərdim.
9.Sizi həm Azərbaycan, həm də Türk ədəbiyyatına bağlayan amil nədir?
___ millətimi və onun tarixini, ənənələrini, milli-mənəvi dəyərlərini sevməyim.
10.Bu günə qədər şeirlərinizi və məqalələrinizi dərc edib yayınlayan şəxslərə arzunuz?
___ Yuxarıda da adlar çəkmişəm. Ilk növbədə kitablarımın çapında əməyi keçənlərə – S.Rüstəmxanlıya, Vaqif Bəhmənliyə, dayım Tariyel Səfərova təşəkkür borcum var hər zaman. Ümumiyyətlə, siz deyən kimi, şeir və məqalələrimi çap etdirən və çap edən hər kəsə can sağlığı və uğurlar arzulayıram.
11.Son zamanlar ədəbi-bədii yaradıcılığınızda hansı yeniliklər olub?
___ Az-az, ya da tez-tez yazırıq. Baxır ovqata və duruma.. (gülür)
12.İnşallah qarşıdakı günlərdə gənc yazarlara dəstək olmaq üçün hansı tədbirləri həyata keçirməyi planlaşdırmısınız?
___ Bir ciddi planım yoxdu. Amma mənim dəstəyimə ehtiyacı olan varsa, əlimdən gələni əsirgəmərəm.
13.Azərbaycan xalqına arzunuz nə olacaq?
___ Azərbaycan xalqına hər zaman böyüklüyünü qoruyub saxlamağı arzulayıram.
14.Böyük Türk dünyasına xidmət etməkdən məmnunluq hissi keçirirsinizmi?
___ Qürur duyuram.
15.Sonda əziz oxucularımıza hansı şeirlərinizi ərməğan etmək istərdiniz?
___
Müsahibəni götürdü: Kənan AYDINOĞLU. Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Mədəniyyət və Ədəbiyyat” bölməsinin əməkdaşı.