Xalq şairi Vahid ƏZİZ.”Od-alov rəssamı”

Görkəmli Xalq rəssamı Sakit Məmmədova

Bu da belə ov oldu,
tor tutdum – tilov oldu.
Adı – Sakit olanın
Özü od-alov oldu.

Yer çiçəkli, göy aydın,
Yaz şehi gömgöy, aydın.
Müşfiq rəssam gəzənə –
Kaş, dünyada olaydın.

Ay doğub-batan oldu,
Oyanıb-yatan oldu.
Cəhrəmdə ip əyirdim –
Ölümsüz kətan oldu.

Kətana boya çəkdi,
Qalmadı saya – çəkdi.
Mübarək fırçasıyla
Sakit bir dünya çəkdi…

16.04.2026

Mənbə: https://edebiyyatqazeti.az/

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir